Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daniil Qetmantsev: “Biz Azərbaycandan yanacaq tədarükü üçün kömək istəyirik” 

Almaniya kansleri Olaf Şolz açıqlama ilə çıxış edərək Almaniyanın Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını dəstəklədiyini qeyd edib.

Eyni zamanda Almaniya kansleri bir daha bütün hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Rusiya Federasiyası ilə Ukrayna arasında aparılan danışıqları dəstəklədiyini bildirərək, ölkəmizin Ukraynaya dərman, tibbi avadanlıq və digər humanitar yardımlar göndərdiyini xatırladıb.

Ukraynalı deputat, Ali Radanın Maliyyə, Vergi və Gömrük Siyasəti Komitəsinin sədri Daniil Getmantsev Oxu.Az-a müsahibəsində qeyd edib ki, istənilən danışıqlar insan itkisindən daha yaxşıdır:

- Danışıqlar nəticəsi nə olmasından asılı olmayaraq, müsbət bir prosesdir. Bəli, hazırda Ukrayna və Rusiyanın mövqeləri ciddi şəkildə fərqlidir. Ancaq danışıqlar həm də ona görə lazımdır ki, mövqeləri yaxınlaşdırmağa imkan versin.

- Hazırda Ukraynanın dövlətinin maliyyə sistemi necə işləyir? Axı bir həftədir ki, müharibə gedir.

- Maliyyə Nazirliyimizə, Milli Bankımıza, vergi və gömrük xidmətlərimizə təşəkkür etmək istəyirəm. Biz maliyyə sistemimizi hərbi rejimdə işə sala bildik, o, problemsiz işləyir. Bəli, bəzi valyuta məhdudiyyətləri var, lakin onlar bizim əvvəllər iqtisadi böhranlar zamanı tətbiq etdiyimiz məhdudiyyətlərdən də azdır. Gəlin vergiləri götürək. Fevralda 4,4 milyard qrivna hədəfini artıqlaması ilə icra etmişik və bu, ətrafda baş verən hadisələrə rəğmən baş verib. Gömrük xidməti işğala məruz qalmayan bütün nöqtələrdə saat kimi işləyir. Humanitar dəhlizlər mühafizə olunur. Beləliklə, Ukraynanın hazırda olduğu durumu nəzərə alaraq, deyə bilər ki, biz maliyyə sisteminin kifayət qədər stabil işləməsini təmin etmişik.

- BMT-nin məlumatına görə, təxminən 836 min insan Ukraynanı tərk edib, təkcə Polşada 500 minə yaxın ukraynalı qaçqın var. Bu, böyük rəqəmlərdir. Başa düşürəm ki, belə bir vəziyyətdə puldan danışmaq bir qədər yanlış olardı, amma buna baxmayaraq qeyd edim ki, bu həm də vergi və digər gəlirlərin azalması deməkdir...

- Təbii ki, mənfi təsir göstərir. İnsanların xaricə axını həmişə iqtisadiyyat üçün, bütövlükdə ölkə üçün pisdir. Amma biz başa düşürük ki, başqa çıxış yolu yoxdur və mümkün olan hər şeyi edirik ki, qadınlar və uşaqlar digər ölkələrə maneəsiz keçə bilsinlər.

- Dünya ölkələri Ukraynaya yardım edir. Azərbaycan humanitar yardım göndərib, SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri təcili tibbi yardım maşınlarını və xilasetmə xidmətlərinin nəqliyyat vasitələrini pulsuz yanacaqla təmin edir...

- Bəli doğrudur. Və bizim Azərbaycanın yanacağına çox ehtiyacımız var. Bu indi “ölkəmizin qanı” deməkdir. Azərbaycan yanacağı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Biz Azərbaycandan çox xahiş edirik ki, bu məsələdə bizə kömək etsin. Bundan əlavə, Ukraynanın, əlbəttə ki, dərmanlara, qidaya ehtiyacı var, amma ilk növbədə, bir daha təkrar edirəm, əsas ehtiyacımız yanacağa - benzin və dizeldir.

Əvvəllər biz bu məsələdə daha çox Belarusa güvənirdik. İndi aydın oldu ki, bu bazar bizim üçün bağlıdır və bizə alternativ lazımdır.

- Bəs siz Rusiyanın Ukraynaya təcavüzünün əsl məqsədləri haqqında nə düşünürsünüz?

- Əsl məqsəd Ukrayna ərazisində Rusiya Federasiyasına tamamilə loyal kvazidövlət yaratmaqdır. Bu, onların ən optimal məqsədidir. Əgər buna nail olmaq mümkün olmasa, o zaman vəzifə ölkəmizdə beynəlxalq səviyyədə tanınmayacaq və statusu olmayacaq “boz zona” yaratmaqdan ibarət olacaq, eyni ilə ORDLO-da (Donetsk və Luqansk vilayətlərinin ayrı rayonları) olduğu kimi.

- Yəni, söhbət Ukraynanı Rusiya ilə Qərb arasında bir növ “bufer zona”ya çevirmək cəhdindən gedir?

- Bəli, məhz qeyd etdiyiniz kimi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Qərbi Azərbaycan İcması Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı qınayıb

Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

Ən çox oxunanalar